Timsah Федор Достоевский
"1865-ci ildə çap olunan “Timsah” hekayəsi o dövrün ədəbi çevrələri ilə yanaşı, siyasi dairələrində də böyük müzakirələ­rə səbəb olur. Bəziləri hekayənin qəhrəmanı İvan Matveiçin N. Çernışevskinin parodiyası olduğunu düşünür. Amma Dos­to­yevski bu yozumları qəbul etmir, hekayəni “gülüş üçün ya­­­zıl­­­mış ədəbi oyun” hesab edir. Yazıçı inkar etsə də, “Timsah” Dostoyevskinin ən siyasi mətnlərindən biridir. Hekayə əsasən me­ta­­fo­run zənginliyi, universal süjet xətti, siyasi və iqtisadi möv­zulara ironik yanaşması ilə səciyyələnir. “Timsah” qeyri-adi mövzusu ilə bərabər – liberal bir məmur qəfil timsahın qarnına düşür – üslub baxımından da diqqət çəkir. Dostoyevskisevərlər bu dəfə onun qələminin tamam başqa bir çaları ilə tanış olacaqlar; adət etdiyimiz dərin psixoloji təhlillər, uzun və qəliz cümlələr bu hekayədə gözə dəyməsə də, oxucu hər fraqmentdə bir kinayə, hər epizodda bir sətiraltı məna ilə qarşılaşacaq."

Fatal error: Uncaught Error: Call to a member function fetch_row() on false in /home/user/web/тумба.онлайн/private/versions/ver_5/pages/books_single.php:285 Stack trace: #0 /home/user/web/тумба.онлайн/private/versions/ver_5.php(577): include() #1 /home/user/web/тумба.онлайн/public_html/index.php(200): include('...') #2 {main} thrown in /home/user/web/тумба.онлайн/private/versions/ver_5/pages/books_single.php on line 285