Ağa və nökər Лев Толстой
"Ağa Vasili Andreyiç üçün yaşamağın (жить) mənası qazanmaq, yığmaq, toplamaqdır (нажить). Onu yalnız əldə edəcəkləri maraqlandırır, ona görə də dayanmadan çalışıb-çabalayır, borana, çovğuna fikir vermədən “qaraltı”ya çatmaq üçün vurnuxur, daim irəli can atır. Nökər Nikita isə mehriban, heyvansevər, sakit və aramdır, ağasının göstərişlərinə sözsüz-sovsuz itaət edir, əməli şəkildə “indi və burada” fəlsəfəsinə riayət edir. Bir gün ağa yeni mülk almaq məqsədilə yola çıxır və nökəri ilə birlikdə hekayədə həyatı simvolizə edən boranın içinə düşür. Və bu boranda ağanın özünükəşf səyahəti başlayır. “Ağa və nökər” transformasiya, özünüislah hekayəsidir, sevgi haqqında təsirli pritçadır. Moralist Tolstoyun içindəki əxlaqi dilemmanın metaforik, bədiiləşmiş formaları olan bu iki xarakterik qəhrəmanı qarşı-qarşıya gətirməklə böyük yazıçı mühüm bir suala cavab axtarır: insanı xoşbəxt edən nədir?"

Fatal error: Uncaught Error: Call to a member function fetch_row() on false in /home/user/web/тумба.онлайн/private/versions/ver_5/pages/books_single.php:285 Stack trace: #0 /home/user/web/тумба.онлайн/private/versions/ver_5.php(577): include() #1 /home/user/web/тумба.онлайн/public_html/index.php(200): include('...') #2 {main} thrown in /home/user/web/тумба.онлайн/private/versions/ver_5/pages/books_single.php on line 285